PARLAMENTİN BURAXILMASI

parlamentarizmli və ya qarışıqlı (Parlamentli-Prezidentli respublikalarda) dövlətlərdə dövlət hakimiyyətinin həyata keçirilməsini Kanstitutsion mexanizminin vacib elementlərindən biri. P.B. instutu – hakimiyyət bölgüsü prinsipinin qarşılıqlı təvazölə və mütarazılıq sisteminin elementidir. P.B. və vaxtından əvvəl Parlament seçkilərinin keçirilməsinin elan edilməsi səlahiyyəti dövlət (və ya hökumət) başçısına mənsubdur və Hökumətin – Parlament qarşısında məhsuliyyətinin (cavabdehliyinin) alternatividir, hərçənd Parlament özü-özünü də buraxa bilər; Parlamentin – vətəndaşlar (seçicilər) tərəfindən buraxılması institunun mexanizmi inkişaf etdirilməmişdir, baxmayaraq ki, hər bir seçki dairəsinin seçiciləri (yerlərdə, dairələrdə yaşayan vətəndaşlar) - özlərinin seçtikləri Deputatları “qeyri çağırma” (yəni Deputatlıqdan əlavə seçkilər vasitəsi ilə məhrum etmə) hüququna malikdirlər. Müxtəlif dövlətlərdə P.B. instutu müxtəlif cür tənzimlənir, misal: (Bolqarıstanda, Polşada) – Hökümətin formalaşması mümkün olmadıqda; (Yunanıstanda) - Prezident seçilməsi mümkün olmadıqda; (Böyük Britaniyada, Slovakiyada, Estoniyada) – Parlament tərəfindən – Hökumətə “etimadsızlıq votumu” elan edildikdə; (Rusiya Fedarasiyasında, Macarıstanda) – müəyyən zaman çərçivələrində təkrarən və bir neçə dəfə Parlament tərəfindən – Hökumətə “etimadsızlıq votumu” elan edildikdə; (Litvada) – Hökumətin proqramını (Parlament tərəfindən) qəbul edilmədikdə; (Polşada, Estoniyada) – müəyyən edilmiş zaman çərçivəsində Hökumət tərəfindən təklif (təqdim) edilən dövlət büdcəsinin (Parlament tərəfindən) qəbul edilmədikdə və s. Eyni zamanda, müxtəlif dövlətlərdə P.B. bu və digər səbəblərdən qadağan edilir, misal: bir qayda olaraq ikipalatalı Parlamentin yuxarı palatasının buraxılması yol verilmir; (Rusiya Federasiyasında, İtaliyada, Polşada) – fövqəladə və hərbi vəziyyətin mövcud olduğu dövrdə; Prezidentin hakimliliyi dövrünün başlanğıcının ilkin dövründə (Litvada ilkin 6 ayda; Rusiya Federasiyasında, Fransada ilkin 1 ildə) və ya Prezidentin hakimiyyəti dövrünün sona çatması ərəfəsində (Rusiya Federasiyasında, İtaliyada, Litvada son 6 ayda (və ya digər müddətlərdə)); bəzi ölkələrdə Parlament müəyyən zaman çərçivəsində, müəyyən dəfədən çox buraxıla bilməz (Ruminiyada – 1 ildə bir dəfədən çox ola bilməz) və s.
PARLAMENTARİZM
PARLAMENTLİ MONARXİYA
OBASTAN VİKİ
Azərbaycan Milli Şurasının buraxılması haqqında qərar
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası, Azərbaycan Milli Şurası (az.-əski. آذربایجان میلی شوراسی‎) və ya Azərbaycan Şurayi-Milliyəsi (az.-əski. آذربایجان شوراى میلیسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin 27 may 1918-ci ildən 17 iyun 1918-ci ilədək və yenidən 16 noyabr 1918-ci ildən 3 dekabr 1918-ci ilədək olan dövrdə mövcud olmuş ilk qanunvericilik qurumu. Seçkilər ilə formalaşan bir qanunverici quruluşdur. == Tarixi == Zaqafqaziyadan seçilmiş deputatlar tərəfindən hakimiyyət orqanı kimi Tiflisdə 1918-ci ilin fevral ayında yaradılmış olan Zaqafqaziya Seyminin 26 may 1918-ci ildə son iclası keçirildi. Həmin seymdə Azərbaycan 44 deputatdan ibarət dörd müsəlman partiyası – Müsavat Partiyası və ona qoşulan demokratik bitərəflər qrupu, Müsəlman Sosialist Bloku, Rusiyada Müsəlmanlıq "İttihad", Hümmət Partiyası (menşevik) partiyaları tərəfindən təmsil olunurdu. Ertəsi gün, mayın 27-də, keçmiş Seymin Müsəlman fraksiyası tərəfindən fövqəladə iclas çağrildi. İclası keçirməkdə məqsəd — yaranmış siyasi vəziyyəti müzakirə etmək idi və keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyasının bütün üzvləri Azərbaycanın istiqlaliyyətini elan edərək müstəqil dövlət yaratmaq, Azərbaycanın idarə edilməsini öz üzərlərinə götürmək, Müvəqqəti Milli Şura yaratmaq qərarına gəldilər. Mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişininin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirildi. Milli Şura Cənub-Şərqi Qafqazda müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qurulması barədə qərar qəbul etdi, müstəqillik haqqında Akt — İstiqlal bəyannaməsi qəbul etdi.